Версия для печати изменить цвет подачи. Сделать шрифт жирным. Альтернативный просмотр. Увеличьте шрифт. Уменьшите шрифт.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib

Опубликовано:20:42 28/06/2013

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib28 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasın gündəliyinə iki məsələ daxil edilib:

- 2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;
- Növbəti il üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə şərtlərinə yeniliklərin edilməsi.

İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, 2013-cü ilin II yarımilliyi üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə qatılmaq üçün Fonda 32 redaksiyadan layihə təklifi daxil olub. Sənədlər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.
Təqdim edilmiş sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri tiraj, yayım və dövrülük şərtlərini nəzərə alaraq, 31 qəzet redaksiyasına maliyyə yardımının ayrılmasına qərar veriblər (Müsabiqə qalibi olan redaksiyaların siyahısı aşağıda təqdim edilir).
Bir redaksiyanın (“Bütov Azərbaycan” qəzeti) sənədlərinin isə müsabiqə şərtlərinə uyğun olmadığı aşkarlanıb.
Gündəlikdə duran növbəti məsələni müzakirə edən Müşahidə Şurasının üzvləri bildiriblər ki, növbəti ildə müsabiqə şərtlərinə yeniliklər edilməsi vacibdir. Qərara alınıb ki, növbəti müsabiqə ilində müsabiqəyə qatılmaq istəyən KİV-lərin tirajının 2500, yayımının isə 1000 nüsxədən artıq olması şərtləri nəzərə alınsın. Bu barədə redaksiyalara müvafiq bilgilərin verilməsi qərara alınıb.

2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı

№ | Qəzetin Adı | Məbləğlər
1. “Yeni Azərbaycan” qəzeti 60 000
2. “Yeni Müsavat” qəzeti 60 000
3. “Ayna-Zerkalo” qəzeti 60 000
4. “Azadlıq” qəzeti 60 000
5. “Səs” qəzeti 60 000
6. “Kaspi” qəzeti 60 000
7. “Mövqe” qəzeti 60 000
8. “Ədalət” qəzeti 60 000
9. “525-ci” qəzet 60 000
10. “Bakı-Xəbər” qəzeti 60 000
11. “Olaylar” qəzeti 60 000
12. “Ekspress” qəzeti 60 000
13. “Palitra” qəzeti 60 000
14. “Paralel” qəzeti 40 000
15. “Həftə İçi” qəzeti 40 000
16. “Azad Azərbaycan” qəzeti 40 000
17. “Şərq” qəzeti 40 000
18. “Xalq Cəbhəsi” qəzeti 40 000
19. “Futbol+Qol” qəzeti 40 000
20. “Bizim Yol” qəzeti 40 000
21. “Novoye Vremya” qəzeti 30 000
22. “Futbol +” qəzeti 30 000
23. “Üç Nöqtə” qəzeti 30 000
24. “Olimpiya Dünyası”qəzeti 20 000
25. “Oxu Məni” qəzeti 15 000
26. “Azernews” qəzeti 20 000
27. “Reytinq” qəzeti 10 000
28. “Təhsil Problemləri” qəzeti 8 000
29. “The Business Times” qəzeti 8 000
30. “Hərbi And” qəzeti 8 000
31. “Türküstan” qəzeti 8 000

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib
оценок - 0, баллов - 0.00 из 5

RSS-лента комментариев.

К сожалению комментарии уже закрыты.